Çevrilişçi general Hafterə şok! Geri alındı

Baxış sayı:
7435

Liviyanın paytaxtı Tripoli hökumətinə sadiq qüvvələrin ötən günlərdə itirdikləri Yermuk hərbi düşərgəsini general Hafterə bağlı güclərdən geri alıb.
 
Siyasi böhranın silahlı münaqişələrə yol açdığı Liviyada Tripoli mərkəzli Milli Anlaşma Hökumətinin (UMH) bölgənin ən böyük hərbi qərargahı olan Yermuk düşərgəsində yenidən nəzarəti ələ keçirdikləri açıqlanıb.
Paytaxt Tripolini ələ keçirmək üçün hücumlarını davam etdirən general Hafterə bağlı Benqazi mərkəzli güclərin Yermuk Düşərgəsində nəzarəti təmin etdiklərini açıqlamasından bir neçə saat sonra aparılan əməliyyat nəticəsində UMH şəhərciyin Hafter qüvvələrindən geri alındığını bildirib.
 
BMT: Qaçqın və məcburi köçkünlərin vəziyyətindən narahatıq
 
 Liviyadakı vəziyyətin son dərəcə təhlükəli olduğuna diqqəti çəkən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres, "Liviyada qarşıdurmaların arasında sıxışıb qalan qaçqın və köçkünlərin vəziyyətindən xüsusi narahatlıq duyuram" deyə söyləyib.
Liviyada tərəflər arasında ciddi dialoq və siyasi danışıqların başlaması lazım olduğunu, ancaq bunun qarşıdurmalar davam edərkən reallaşmasının mümkün olmadığını ifadə edən Guterres, qarşıdurmalara bir an əvvəl son qoyulması çağırışı edib.
Müxalifət.az