"Çelsi" "Qarabağ"la oyuna baxmaq üçün Azərbaycana gələcək azarkeşlərinə endirim edib

London klubu xidmətlər paketini ucuzlaşdırıb
 
Londonun "Çelsi" klubu Çempionlar Liqası çərçivəsində "Qarabağ"la (Ağdam) Bakıda keçiriləcək səfər matçında komandanı dəstəkləyəcək azarkeşlərə maliyyə yardımı edəcək.
London klubu uçuş, trasfer və bir gecə 4 ulduzlu oteldə qalmağın daxil olduğu xidmət paketinin qiymətini aşağı salıb.
Bu cür paketin qiyməti 359 funt (təxminən 470.89 dollar - qeyd) təşkil edəcək.
Hazırda matçının biletinin neçəyə olacağı məlum deyil. Onların qiyməti paketin dəyərinə əlavə olunacaq.
"Qarabağ" - "Çelsi" matçı 2017-ci il noyabrın 22-də keçiriləcək.