Çeçenistanla Dağıstan arasında torpaq mübahisəsi böyüyür - Parlament bəyanat yaydı

Baxış sayı:
9319

Dağıstan parlamenti birtərəfli qaydada sərhədlərin müəyyən edilməsinin yolverilməz olması barədə bəyanatla çıxış edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, buna səbəb Çeçenistanın Qeydiyyat, Kadastr və Xəritəçəkmə İdarəsinin yayımladığı kadastr xəritəsi olub. Bu xəritədə rəsmi Qroznı Dağıstanın Qızılyar rayonunun tərkibinə daxil olan sərhədyanı məntəqələrdən birini Çeçenistan torpağı kimi qeydiyyatdan keçirib.
Parlamentin hazırladığı bəyanat Rusiya Prezidentinin Şimali Qafqaz Federal Bölgəsi üzrə nümayəndəsi və Çeçenistanın spikerinə də göndərilib.
Qeyd edək ki, bundan öncə Çeçenistanla İnquşetiya arasında torpaq mübadiləsi haqqında müqavilə imzalanıb. Müqavilə sonradan İnquşetiyada böyük etirazlara səbəb olub. Yerli əhali İnquşetiya hakimiyyətindən müqavilənin təcili ləğvini tələb edib.