Çeçen nazirdən azərbaycanlılara MESAJ: “Bunu unutmayacağıq...” - VİDEO

Baxış sayı:
19519

“Qardaş Azərbaycan xalqını salamlayıram. Böyük qürurla qeyd etmək istəyirəm ki, çeçen xalqı burada beynəlxalq terrorçuların yaratdığı fitnə, çeçenlərin həlak olduğu zaman Azərbaycanın bizə açdığı isti qardaşlıq qucağını heç bir zaman unutmayacaq”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Çeçenistanın mətbuat və informasiya naziri Canbulat Umarov Moskvada baş verən son insidentlə bağlı İctimai Televiziyaya açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Moskva və başqa yerlərdə kriminal münaqişələr baş verən zaman onların məqsədi mədəniyyətin nümayişi deyil. Əsas məqsədləri pul qazanmaq hərisliyi, insanları cinayətkarlığa sövq etməkdir.