​Çeçen-inquş gərginliyinə Kadırovdan REAKSİYA: Bəzi şəxslərin...

Baxış sayı:
10297

Çeçenistanla İnquşetiya arasında sərhəd məsələsiylə bağlı imzalanan razılaşma ətrafında situasiyanı qızışdırmaq və xalqlar arasında ədavət yaratmaq qəbuledilməzdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Vkontakte səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.
“Bəzi şəxslərin bütün cəhdlərinə rəğmən, çeçenlər hər zaman inquşların qardaşı olaraq qalacaq. Sərhəd qardaş xalqlar arasında yox, iki fərqli subyekt arasındadır. İnquşetiyanın hər bir vətəndaşı özünü Çeçenistanda evindəki kimi hiss edə, biznes apara, yaşayış yeri seçə bilər. Ümid edirəm ki, belə baxışı qonşu respublikada da bölüşürlər”, – deyə o bildirib.