Cəbhədə döyüşlər gedir, ölü və yaralılar var – MÜHARİBƏ BAŞLANDI

Baxış sayı:
20986

Hindistan və Pakistan arasında Kəşmirdəki nəzarət xəttində atışma baş verib. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Cümhuriyyət" yayıb. Məlumata görə, atışma nəticəsində 3 hindistanlı, 4 pakistanlı ölüb, 2 pakistanlı isə yaralanıb. Pakistan Ordusunun mətbuat xidməti qarşıdurmanın Kəşmir sərhəd xəttindəki bölgələrdə hind əsgərlərinin ağır silahlarla atəş açmasındən sonra başladığını bildirib. Hind rəsmiləri isə Pakistanın açdığı atəş nəticəsində 3 mülki vətəndaşın öldüyünü bildiriblər. Qeyd edək ki, iki ölkə arasındakı gərginlik bir müddət əvvəl Pulvama hücumunda Hindistanın Pakistanı ittiham etməsindən sonra başlayıb.