Çaylardakı son vəziyyət açıqlandı

Baxış sayı:
4040

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 180-220, Lənkəran-Astara bölgəsi çaylarında 120, Naxçıvan MR çaylarında isə 220 faizini təşkil edir.
Qurumdan Muxalifet.az-a daxil olan xəbərə görə, yanvarın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 211 m3/s olmaqla ongünlük normanın 129 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 147 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 75  faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 4 sm artıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 sm (2017-ci il yanvarın 05-də 468 sm), Şirvanda 267 sm (2017-ci il yanvarın 05-də 377 sm), Salyanda 227 sm (2017-ci il yanvarın 05-də 331 sm), Bankədə 213 sm (2017-ci il yanvarın 05-də 251 sm), Araz çayının Novruzlu məntəqəsində isə 127 sm (2017-ci il yanvarın 05-də 188 sm) təşkil edir.