Çavuşoğlundan son dəqiqə “Qaşıqçı” açıqlaması

Baxış sayı:
4450

Anadolu Agentliyinin redaktor masasına qonaq olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Camal qaşıqçı cinayətinə dair açıqlamalar verib.
 
Çavuşoğlu bunları söyləyib:
 
“Səudiyyə Ərəbistanının bu vəziyyəti qəbul etməsi vacibdir. Şəffaf, məsuliyyətli mövqe tutmuşdur. Bu vəziyyətin aydınlanması üçün hər cür mövqeyi nümayiş etdirmişdir. Təəssüf ki, konsulluq binası və avtomobillərin axtarışı məsələsində gecikmişdir. Biz Səudiyyə Ərəbistanı da daxil, əməkdaşlıq edəcəyimizi söyləmişik.
 
ƏMƏKDAŞLIQ EDİRİK
 
Nəticədə birgə işçi qrupu yaratmaq qərarına gəldik. Bizim torpaqlarımızda olsa belə, başqa ölkə torpaqları sayılır Vinaya Müqaviləsinə görə. Türkiyə qərarlıdır, istintaq genişləndirilərək və dərinləşdirilərək davam edir. Əldə edilən nəticələri bölüşürük. Digər tərəfdən, beynəlxalq bir istintaq tələbi olarsa, BMT və beynəlxalq bir təşkilat istintaq başladarasa, əldə edilən məlumatları verilməsi kimi şəffaf bir əməkdaşlıq edərik.
 
ƏRDOĞAN KRAL SALMANla İKİ DƏFƏ TELEFONLA DANIŞIB
 
Baş prokurorluğun apardığı istintaqın içində hər hansı Səudiyyə Ərəbisatanlı adam yoxdur. Siyasi ölçüsü da var işin. Prezidentimiz iki dəfə kral Salman ilə danışıb. Hər şey üzə çıxana qədər, nə olduğu ortaya çıxana qədər istintaq davam edəcək. Çox sayda xarici işlər naziri ilə təmasda olduq. Bütün dünya təpki göstərdi. Bir insan, bir jurnalist itdi. Fərqli, ziddiyyətli məlumatlar var. Dünya ictimaiyyətindən çox güclü etirazlar gəldi. Ölkələrdən gələn açıqlamalara görə, ortaya dəqiq mövqe qoyanlar oldu. İngiltərə, Almaniya, Fransanın birgə açıqlaması olub. Amma əsas, hadisə açıldığında necə davranış nümayiş etdirəcəklərini görəcəyik.
 
HƏR HANSI BİR ÖLKƏ İLƏ DƏLİLLƏRİ BÖLÜŞMƏDİK
 
Hər hansı bir ölkəylə bizdəki dəlilləri bölüşmədik. Xüsusi xidmətlər arasında əlaqə ola bilər. Nə olduğunu, nə axtardığımızı bildiririk. Amerikada Konqres üzvlərindən təpkilər gəlir. Amma bəzi ölkələrdə Səudiyyə Ərəbistanla münasibətləri pozmadan necə irəliləyə bilərik mövqeyi də var.
 
TÜRKİYƏ-ABŞ ƏLAQƏLƏRİ
 
Türkiyəyə tətbiq olunan sanksiya lüzumsuz bir şey idi. Bir təsiri də olmadı. Sanksiya yalnız gərginliyi artırıb.”
Müxalifət.az