Çavuşoğlundan önəmli “Suriya” açıqlaması

Baxış sayı:
5512

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın şimalında təhlükəsiz zona yaradılmasına dair "ABŞ-lılar rejimin girməsini istəmirlər. Bizim üçün isə buraya rejimin girməsi təhlükəsizlik narahatlıqlarımızı aradan qaldırmaz. Çünki rejimlə YPG, Türkiyəyə qarşı birləşə bilər. O üzdən bu təhlükəsiz region bizim üçün önəmlidir" deyib.
 
Nazir Çavuşoğlu bu mesajları verib:
"YPG ABŞ-ın çəiləcəyini öncədən görərək özünə yeni müttəfiqlər axtarmağa başladı. Keçmişdə Rusların YPG ilə münasibətləri yaxşı idi. Biz onları bu məsələdə məzəmmət edəndə "ABŞ-ın nəzarətinə daxil olmasından yaxşıdır” deyirdilər. Amerikalılar da əksini deyirdi. Amma Ruslar anladılar ki YPG-lilər hər iki tərəfi də istifadə etməyə çalışır. YPG Əsəd rejimi daxil, hamı ilə əməkdaşlıq edə bilər. ABŞ Fəratın şərqindən çəkildikdən sonra buralara, ya da Münbiçə rejimin girməsinin iki əngəli var. Birincisi, ABŞ-lılar, "Rejim demək, İran deməkdir” deyirlər. Buna görə də rejimin girməsini istəmirlər. İkincisi, bizim üçün isə buraya rejimin girməsi bizim təhlükəsizlik narahatlıqlarımızı aradan qaldırmaz. Çünki rejimlə YPG Türkiyəyə qarşı birləşə bilər. O üzdən bu təhlükəsiz region bizim üçün önəmlidir.
 
Münbiç yol xəritəsi sürətləndi
 
 Münbiç məsələsində ləngimə və baş qatma var idi. Bu prosesdə Münbiç yol xəritəsinin əhəmiyyətini anladılar. Yol xəritəsinin həyata keçirilməsində bir sürətlənmə var. Yol xəritəsinin icrası ilə bağlı indi buralarda kimlər vəzifə alacaqsa, o şəxslərin siyahıları də danışılmağa başlandı. Meydançada əsgərlərimizlə kəşfiyyatımızdan kimlər vəzifə alacaq, təhlükəsizlik orqanlarında, yerli hakimiyyətdə kimlər olacaq, bunlar müzakirə edilir.
Yeni Suriya konstitusiya komissiyası məsələsində BMT xüsusi nümayəndəsi ilə birlikdə çalışmağa davam edəcəyik. Rejimin son təklif etdiyi qeyri-hökumət siyahısındakı adlara nəzər saldığımız zaman görürük ki, onlar sıradan bir mülki şəxs deyillər. Nazir müavini, mərkəzi bankın sədri sıradan biri ola bilməz. İran və Rusiya da adları görəndə vətəndaş cəmiyyətini təmsil etmədiklərini qəbul edib. İndi dəyişdirilməsi üçün həm İran, həm Rusiya səy sərf edir. Üçlü Rusiya, İran, Türkiyə görüşü 14 fevralda yenə Soçidə olacaq”.
Müxalifət.az