Çavuşoğlundan ABŞ-a S-400 təpkisi!

Baxış sayı:
31477

 Rusiyada S-400-lərin alınmasına qarşı çıxan ABŞ və NATO-ya təpki göstərən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Türkiyə ehtiyac hiss etdiyi hər şeyi istədiyi yerdən alar. Heç kim də buna qarışa bilməz" deyib.
 
Çavuşoğlu "Biz illərlə müttəfiqlərimizdən almaq istədik və müttəfiqlərimizdən almaq istədiyimizi onlara rəsmən bildirmişik. Bəzən adi silahların da satılmasına əngəl çıxaran bu müttəfiqlərimiz nədənsə, S-400 aldıqdan sonra narahat olmağa başladılar. Niyə narahat olursunuz? Hazırda NATO müttəfiqiysək və birliyimizi gücləndirmək lazımdırsa, o zaman Türkiyə tələb edirsə, sən də satacaqsan. Əgər sən vermək istəmirsənsə, Türkiyənin başqa birindən, ya da NATO-dan uzaq bir ölkədən almasına da qarışmayacaqsan".
Müxalifət.az