Çavuşoğludan “Venesuela” açıqlaması

Baxış sayı:
6250

Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu Venesueladakı çevriliş cəhdi ilə bağlı bəyanat verib.
 
Mövlud Çavuşoğlu sosial media hesabı Twitter üzərindən apardığı bölgüdə, Venesuelada konstitusion quruluşa qarşı bəzi təşəbbüslərin olduğu istiqamətindəki xəbərlərdən narahatlıq duyduqlarını bildirib.
 
VENESUELA XALQININ YANINDAYIQ
 
 Çavuşoğlu "bölgüsündə”, “Demokratik olmayan üsullarla qanuni hökumətləri dəyişdirmək cəhdlərinin əleyhinəyik. Ölkədəki problemlərin dialoq ilə həllinin tərəfdarıyıq. Venesuela xalqının daim yanındayıq" deyə qeyd edib.
Müxalifət.az