Çavuşoğludan ABŞ-a PKK/YPG göndərməsi: AXMAQLIQDIR!

Baxış sayı:
3958

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, “Foreign Policy” jurnalında ““Zeytun Budağı” Hərəkatının Mənası” başlıqlı bir məqalə qələmə alıb. Çavuşoğlu, ““Zeytun Budağı” Hərəkatı YPG-nin diqqətini dağıdıb və İŞİD-lə mübarizəni ləngidib” ritorikasına qarşı, “bu halda YPG-yə etibar etmək axmaqlıq əlamətidir” deyə, bildirib.
 
Xarici işlər naziri Mövlud Çavuşoğlunun “Foreign Policy” jurnalında dərc olunan "Zeytun Budağı Hərəkatının Mənası" adlı məqaləsindən bəzi məqamlar:
 
XARİCİ QÜVVƏLƏRİN DƏSTƏYİ ilə VARLIĞINI DAVAM ETDİRƏN İŞİD VƏ YPG/PKK
 
“Orta Şərqdəki qarışıq mənzərə sülhün nail olduğu gerçəklərə kölgə salmamalıdır. Sülhün təmin olunmasının əsas təməli, dövlətlərin ərazi bütövlüyünün qorunması olmalıdır. Bu, başqalarını fəda etmək bahasına və xarici qüvvələrin dəstəyi ilə yalnız distopiyalarını davam etdirmək üçün var olan, İŞİD və PKK/YPG terrorçuları də daxil olmaqla, bütün qüvvələrə qarşı çıxmaq deməkdir. Bu təşkilatların bitmək bilməyən qətliam perspektivinə qarşı çıxmalı və bu mənzərə məğlub edilməlidir.
 
İŞİD MƏĞLUB EDİLDİ, AMMA BU YPG-nin ƏLİ İLƏ OLMADI
 
İŞİD hərbi cəhətdən demək olar ki, məğlub edilmişdir, lakin bu, yalnız ABŞ tərəfindən təlim edilən və silahlandırılan qrupların son zərbəsi sayəsində olmamışdır. İŞİD, İraq ordusunun və Türkiyədə fəaliyyət göstərən qlobal bir koalisiyanın əzmli səyləri sayəsində məğlub edilmişdir.
 
İŞİD-ə BİRBAŞA MÜDAXİLƏ EDƏRƏK XARABAZARA ÇEVİRƏN YEGANƏ NATO ORDUSU TSQ-dır
 
İŞİD-ın zəif cəhətlərini üzə çıxıarmaq üçün İŞİD-ə birbaşa müdaxilə edərək onları Şimali Suriyadakı Cerablusda darmadağın edən yeganə NATO ordusu məhz Türkiyə Ordusudur. Xarici terrorçu döyüşçülərə qarşı ən geniş yasaqlı siyahısına malik olan və dünyanın ən böyük mülki İŞİD əleyhinə təhlükəsizlik hərəkatını həyata keçirən Türkiyənin də daxil olduğu koalisiyanın əzmli səyləri ilə İŞİD-ın yenidən bir araya gəlmə ehtimalı əngəllənir”.
Müxalifət.az