​Çavuşoğlu Krimini sancdı: "Əcdadını qətlə yetirənlərə aşiq olan..."

Baxış sayı:
12718

Əcdadlarını qətlə yetirənlərə aşiq olandan tarix öyrənəcək deyilik.
Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tunis əsilli Fransa parlamentinin millət vəkili Soni Krimi barədə danışarkən bildirib.
"Öz soyuna edilənləri unudan, tarixini unutmaq istəyənlərdən dərs alacaq deyilik. Biz keçmişimizlə, tariximizlə fəxr edirik. Çünki bizim tariximizdə soyqırım yoxdur. Bizim tariximizdə müstəmləkə də yoxdur", - Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, Fransanın 24 apreli "erməni soyqırımı"nı anma günü elan etməsindən sonra iki ölkə arasında gərginlik daha da artıb. NATO toplantısında da sözügedən məsələ barədə Çavuşoğlu ilə Krimi arasında mübahisə yaşanıb./Axar