​Çavuşoğlu: Dünya siyasətində özbaşınalıq dövrü keçmişdə qaldı

Baxış sayı:
9646

Rusiyalı həmkarı Sergey Lavrovla Ankarada keçirdiyi birgə mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, dünya siyasətində özbaşınalıq dövrü keçmişdə qalıb.
Muxalifet.az-ın xəbərinə görə, Türkiyə - Amerika münasibətlərində böhranı şərh edən Çavuşoğlu deyib ki, əgər ABŞ dünyada hörmətini saxlamaq istəyirsə, mövqeyini zorla qəbul etdirmək cəhdlərindən əl çəkməlidir.
Türkiyənin xarici siyasət idarəsinin başçısı Vaşinqtonun Türkiyədə terror fəaliyyəti ittihamı ilə həbs edilən amerikalı rahib Endryu Bransonun azad edilməsinə dair ultimatum xarakterli tələblərinə diqqət çəkib.
Suriyadakı vəziyyətə toxunan Çavuşoğlu bildirib ki, İdlibin bütün əhalisini bombardman etmək və bunu orada terrorçuların mövcudluğu ilə əsaslandırmaq olmaz.