Cavid Qurbanov “jurnalistlərə ev bağışlanması” məsələsinə reksiya verdi

 Bir qədər əvvəl Cavid Qurbanov jurnalistlərə mənzil bağışlaması ilə bağlı iddialara cavab verib. Gununsesi.info-ya açıqlamasında Cavid Qurbanov bu barədə yazılanları qeyri-ciddi məlumatlar kimi qiymətləndirib.
 
Millət vəkili bildirib ki, Azərbaycanda mətbuatın inkişafı üçün Azərbaycan dövləti öz üzərinə düşənləri edir: “Ölkə başçısı özü jurnalistlərə mənzil bağışlayıb və kütləvi informasiya vasitələrinin nümayəndələrinin qayğıları, problemləri ilə cənab prezident məşğul olur. Mənim nə şirkətim, nə də o qədər imkanım var ki, jurnalistlərə ev verim. Azərbaycanda mətbuatın, jurnalistlərin qayğıları həmişə cənab prezidentin diqqətində olub və bu gün də ölkə başçısının diqqətindədir”.
Bununla bağlı informasiyanın müəllifi azpolitika.info qeyd edib ki, hörmətli Cavid Qurbanovun bu cür açıqlama ilə çıxış edəcəyi  gözlənilən idi və  başadüşüləndir: “Məlum səbəblərdən Cavid müəllim,  bir qrup jurnalisti evlə təmin etməsinin ictimailəşməsini istəməsə  də, “AzPolitika.info” məlumatın doğruluğuna şübhə etmir”.
azpolitika.info