Cavad Zərif: "ABŞ PUA-sı İranın milli HHM sistemi ilə vurulub"

Baxış sayı:
2806

“ABŞ-ın pilotsuz uçan aparatı İranın sırf milli imkanlarla ərsəyə gətirdiyi “Hordad-3” Hava hücumundan müdafiə sistemi ilə vurulub”. Bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib. İran naziri bununla amerikan aparatının Rusiya sistemi ilə yerə salınması barədə söyləntiləri təkzib edib. Cavad Zərif rəsmi Tehranın ABŞ-a məxsus hava aparatlarının onların ərazi hüdudlarını pozması faktına görə BMT Baş katibi adına məktub göndərdiyini və beynəlxalq birliyin ən ali qurumundan Birləşmiş Ştatların bölgədəki təhlükəli davranışlarının kəsməsi üçün tədbirlər görməsini xahiş etdiklərini söyləyib. İran diplomatiyasının başçısı Avropa Birliyi ölkələrinin rəsmi Tehranla ticarət üçün yaratdıqları İNSTEX (The Instrument in Support of Trade Exchanges-İranla dollarsız, yəni neftə qarşılıq əmtəə üzərindən ticarət aparılmasını gətirən sistem) mexanizminə də toxunub. C.Zərif onun avropalıların İran qaşrısındakı öhdəliklərinin yalnız bir qisminin icra etməyə məcbur edəcək ilkin və kiçik addım adlandırıb. “İNSTEX-in gecikdirilməsi avropalılarda hər hansı hərəkət etməyə nə qabliyyətlərinin, nə də həvəslərinini olduğunu göstərir. Buna görə də biz nüvə anlaşmasının 36-cı maddəsinin konteksinə (İranın sazişlə bağlı öhdəliklərinin azalması) uyğun hərəkət edəcəyik. Avropalılar öz vəzifələrini yerinə yetirməməklərinin nəticələri ilə barışmalıdırlar”,-deyə xarici işlər naziri bəyan edib./Musavat