Canlı bomba İstanbuldakı İƏT Zirvəsini PARTLATMAQ İSTƏYİB

Baxış sayı:
3709

İstanbulda təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatı ilə ələ keçirilən canlı bombanın hədəfində İƏT Sammiti olduğu ortaya çıxıb. İƏT Sammiti Türkiyə prezidenti Ərdoğanın çağırışı ilə Qüds üçün İstanbulda fövqəladə toplanmışdı.
 
PKK-nın İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısına bombalı hücum üçün göndərdiyi qrupa qarşı keçirilən əməliyyatın təfərrüatları məlum olub. MİT-in keçirdiyi əməliyyatında 60 kilo RDX plastik partlayıcı yüklü vasitə ələ keçirilərkən, "canlı bomba” ilə birlikdə 9 nəfər saxlanılıb.
Öncə MİT Diyarbəkir Bölgə rəhbərliyinin təqib etdiyi PKK-lılar arasında hərəkətlilik müşahidə edilib. Təqib edilən təşkilat üzvlərinin İstanbuldakı adamlar vasitəsilə mikroavtobus satın aldığı müəyyən ediləndə maşın izlənməyə başlanıb. MİT rəhbərliyinin göstərişilə İstanbul Bölgə rəhbərliyi, İstanbul Polis İdarəsi ilə lazımi koordinasiyanı təmin edib. MİT Diyarbəkir rəhbərliyi, PKK-nın İstanbuldakı İƏT toplantısına yönəlik “canlı bomba” əməliyyatı həyata keçirəcəyi ilə bağlı məlumatı verəndən sonra hərəkətə keçilib. İstanbul terror və kəşfiyyat polisi, kameralar və digər texniki imkanlarla avtomobil  və şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilib.
Müxalifət.az