Camal Qaşıqçı cinayəti ilə bağlı yeni gəlişmələr

Baxış sayı:
5917

BMT-nin müsusi məruzəçiləri Qaşıqçı cinayəti üçün beynəlxalq istintaqla bağlı araşdırma aparır. Xüsusi nümayəndə məhz buunla bağlı Türkiyəyə 4 günlük səfər etmişdi. Səfər çərçivəsində BMT-nin xüsusi nümayəndəsi Səudiyyəni İstanbuldakı konsulluğunda da araşdırma aparmaq istəsə də, Səudiyyə rəhbərliyi buna icazə vermədi.
 
Bu məsələyə Türkiyənin xarici işlər naziri Çavuşoğlu da münasibət bildirib. Çavuşoğlu xüsusi məruzəçilərin gördüyü işdən sonra BMT ilə birlikdə nə edəcəklərinə qərar verəcəkləri deyib:
 “İlk variant BMT Təhlükəsizlik Şurasının qərarıdır ki, bu zəif bir ehtimaldır. İkincisi, baş katibin və ya insan hüquqları üzrə ali komissarın həqiqətlərin işıqlandırılması ilə bağlı yaradacağı bir komissiyadır. Baş katib, "Rəsmi şəkildə müraciət etdikdə bunları qiymətləndirəcəyəm. Hazırda müraciət etməyə hazırıq. Amma Nyu-Yorkda digər daimi nümayəndələr ilə bir iş gördük. Hansı ölkələr bizə qoşula bilər? deyə Kanada ilə müraciət etdik. Digər ölkələri də yanımıza alaq deyə bir fikir birliyimiz var. Bunu ən son NATO xarici işlər nazirləri toplantısında da xarici işlər naziri ilə müzakirə etdik. Amma hər bir ölkə bu işin içinə girmək istəmir "Siz aparın” deyirlər. Bir həqiqət var ki, yanımızda heç kim olmasa da, biz tək başımıza bu müraciəti edəcəyik”.
Müxalifət.az