​Cahangir Hacıyev: "İşlərim çox idi, ona görə..." - YENİLƏNİB

Baxış sayı:
5284

Mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Open.az-ın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlət Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi keçirilir. Günün ikinci yarısı davan edən prosesdə C.Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb.
C. Hacıyev qeyd edub ki, bütün işlərə şəxsən özü ciddi nəzarət edib: "Lakin işlərin çox idi. Hamısını çatıdıra bilmirdim. Layihələri Dünyamin Xəlilov və müavinim olmuş Emin Mustafayevə tapşırmışdım. Heç kəs verilən kreditlərdən pul qazanmayıb. Axı Dünyamin Xəlilov bütün layihələrə nəzarət edə bilməzdi. Buna onun fiziki gücü çatmazdı. Ona görə də digər MMC-lər yaradıldı".
C.Hacıyıyev digər təqsirləndirilən İsmayıl Hidayət-zadənin bacanağı olduğunu, bankdan ona kredit ayrıldığını etiraf edib: "Bəli, İsmayıl mənim bacanağımdır, lakin vaxtım olmurdu ki, onunla tez-tez görüşəm. O, layihə ilə bağlı Beynəlxalq Banka müraciət edib, sonra ona kredit ayrılıb. Layihə də hazırlanıb və təhvil də verilib".
Sabiq bank rəhbəri 2006-cı ildə bankla "Pərvanə" MMC arasında 7 milyon 500 min manatlıq kreditin ayrıldığını deyib: "Yağ alınması ilə bağlı kredit ayrılmışdı, ancaq pulun hansı layihələr üçün yönəldildiyini bilmirəm".
Hakimin suallarına cavab verən C.Hacıyev bildirib ki, xarici şirkətlərə layihə üçün köçürülən pullardan Azərbaycana hamısı qayıdıb: "Bu layihələr Azərbaycan üçün xeyir verib". Hakim isə söyləyib ki, istintaq materiallarında belə bir şey qeyd edilməyib. Prosesdə daha sonra təqsirləndirilən şəxs qismində Zaqatala Olmipiya Kompeksinin sabiq direktoru Arif Ramazov ifadə verib. O ifadəsində qeyd edib ki, 2008-ci ildə Kompleksin açılışı olub və o vaxtdan direktor vəzifəsinə təyin edilib: "Bütün tapşırıqları Dünyamim Xəlilovdan almışam. Aylıq əməkhaqqım 300-600 manat arasında olub. İşlədiyim dövrdə bütün sənədlərlərlə tanış olmuşam. Lakin sənədləşmə işlərinə, köçürmələrə Dünyamin Xəlilov baxırdı. Onun verdiyi tapşırıqları icra etmişəm".
Təqsirləndirilən şəxs bildirib ki, keçmiş "Simurq" klubunun ev oyunları keçirdiyi stadionun tikilişi də onıar tərəfindən həyata keçirilib: "Həmin tikiliş başa çatmadı. Bu səbəbdən Beynəlxalq Bankdan 1 milyon 350 min manat kredit ayrıldı. Kredit gedib götürdük. Lakin pulun xərclənməsinə də Dünyamin Xəlilov rəhbərlik edib. Olimpiya Konpleksinə alınan mebellər də xarici ölkədən gətirilib. Onun sənədləşmə işlərinə, gömrük bəyannamələrinə Dünyamin Xəlilov nəzarət edib".
Təqsirləndirilən Arif Ramazanov Dünyamin Xəlilovun ona ünvaladığı suala cavab verərək bildirib ki, Kompelksə direktor vəzifəsinə seçilməsi ilə bağlı namizədliyini Cahangir Hacıyev verib. Arif Ramazanov Cahangir Hacıyev sualına cavab verərkən qeyd edib ki, 2012-ci ildə Kompleksdə vergi yoxlaması aparılıb: "Vergi yoxlaması zamanı bütün sənədləri hətta möhür də apardılar. Bildirdilər ki, bu işlə bağlı cinayət işi açılıb. Bir müddət yoxlamalar davam etdi. Yoxlamalar başa çatanda dedilər ki, həmin cinayət işinə xitam verilib".
Məhkəmə prosesi fevralın 11-i saat 10:00 dək fasilə elan edib.

Saat 14:38

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən C.Hacıyev sərbəst ifadə verib.
O, ona qarşı irəli sürülmüş ittihamı və ötən məhkəmə iclasında prokurorların elan etdiyi ittihamı qəbul etmədiyini deyib: "Dövlət ittihamçıları ittiham aktını elan edən zaman sanki şou göstərirdilər".
Bu zaman prokuror sabiq bankirə etiraz edib.
Hakim C.Hacıyevin sözünü kəsib, ondan ittihamın mahiyyəti üzrə danışmasını tələb edib.
İfadəsini davam etdirən C.Hacıyev mənimsəmədə günahlandırıldığı 4.7 milyard manatın taleyi barədə danışıb: "Heç Azərbaycan büdcəsində bu qədər pul yoxdur. Bu məbləğ Azərbaycan Mərkəzi Bankının valyuta vəsaitlərinə bərabərdir. Beynəlxalq Bankının Moskva filalının aktivləri elə 2 milyona yaxın olub. Bəs bu necə olur ki, mən 4.7 milyard manat pulu mənimsəmişəm? Ən azından bir bu rəqəmlərə baxın. Cinayət işini heç dövlət ittihamçıları tam oxumayıblar. Onlar ancaq ittiham hissəsi ilə tanış olublar. Xahiş edirəm ki, göstərərdiz görək həmin pullar mənim və ailə üzvlərimin hesabına necə köçüb? Belə bir sübut var? Guya mən həmin pullarla şəxsi əmlak almışam. Biz dövlət təşkilatı olmamışıq. Mən bankın rəhbəri olduğum dövrdə dövlətin payı 50.2 faiz idi. Bankda işlədiyim zaman müavinim vəzifəsində çalışmış Emin Mustafayevin bir şikayəti əsasında barəmdə cinayət işi açılıb".
O qeyd edib ki, bankın rəhbəri olduğu dövrlərdə heç kəsə göstəriş verməyib.
Prosesdə C.Hacıyev dövlət ittihamçısının suallarını cavablandırıb. Sabiq bank sədri onunla birgə təqsirləndirilən D.Xəlilovu cavan vaxtlardan tanıdığını, lakin keçmiş deputatla heç bir biznes əlaqələrinin olmadığını söyləyib: "Dünyamin Xəlilov mənim tapşırığımla müəyyən layihələrə nəzarət edirdi".
Məhkəmədə elan olunub ki, ittiham aktında D.Xəlilovun adı bir çox epizodlarda keçir.
Prosesdə fasliə elan olunub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.