“Bütün Müsəlmanları öldürün”! Sosial mediadan paylaşdılar

Baxış sayı:
14368

 İsveçdə hökumətin ən böyük ortağı olan Sosial Demokrat Partiyasının Twitter hesabından "Bütün Müsəlmanları öldürün" mesajı paylaşılıb. Baş verən hadisədən sonra partiyadan verilən məlumata görə, tvitter hesabı hakerlər tərəfindən ələ keçirildiyi öyrənilib.
 
Partiyadan bildiriblər ki, 850 minə yaxın izləyicisi olan Twitter hesabının gecə saat 02.00-də irqçilər tərəfindən ələ keçirildiyi və səhər saat 09.30-da nəzarət altına alındığı bildirilib.
İrqçi hakerlər ələ keçirilən tvitter hesabından “Bütün Müsəlmanları öldürün" mesajı ilə yanaşı, İsveçin baş naziri və Sosial Demokrat Partiyasının lideri Stefan Löfvenin təqaüdə çıxdığı və orduda xidmət edərkəb leytenant olaraq vəzifəyə başladığı istiqamətində mesajlar bölüşdürülərkən, ölkədə narkotik maddə satışının sərbəst buraxıldığı istiqamətində tweet də qoyulub.
Partiyanın sözçüsü Södern mesajların onlar ilə heç bir əlaqəsinin olmadığını və məsələyə münasibətdə cinayət işinin başlandığını qeyd edib.
Müxalifət.az