Bütün amerikalı diplomatlar Venesuelanı tərk etdi

Baxış sayı:
7801

Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında deyib.
“Amerikalı diplomatlar öz missiyalarını digər ölkələrdə davam etdirəcəklər. Onlar yenə də Venesuela xalqına humanitar yardımların çatdırılmasına yardımçı olacaqlar. Eyni zamanda demokratiyaya dəstək göstərib, tirana qarşı mübarizə aparacaqlar”, - deyə amerikalı rəsmi bildirib.