"Bugünkü 387 nəfərin içində mən də varam" - Daha bir həkim virusa yoluxdu / FOTO

Baxış sayı:
1633

"Bugünkü 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil".

Muxalifet xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Nicat Əzimli "facebook"da yazıb. 

"Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara "bu virus yoxdur" deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah, görüşmək ümidi ilə", - deyə qeyd edib.