​Bu yolda hərəkət qismən məhdudlaşdırılır

Baxış sayı:
9250

Mart ayının 1-də təmir-tikinti işləri ilə əlaqədar nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, martın 1-də, günorta saatlarında, Bibiheybət məscidindən başlayaraq şəhərə doğru istiqamətdə olan yolda hərəkət qismən məhdudlaşdırılır.