“Bu yaşıma qədər belə iş tutmamışam” – “Lyuk” oğrusunun peşmançılığı – VİDEO

Baxış sayı:
9574

Abşeron rayon Polis İdarəsinə Qobu qəsəbəsində kanalizasiya quyularının qapaqlarının oğurlanması barədə məlumat daxil olub.
ARB TV xəbər verir ki, əraziyə baxış keçirilib və hadisənin baş verdiyi anın videogörüntüləri ortaya çıxıb.
Məlum olub ki, "Hyundai Elantra" markalı avtomobillə ara küçələrdə hərəkət edən şəxslər 7-dən çox kanalizasiya quyusunun qapağını çıxardaraq avtomobilin yük yerinə qoyublar.
Keçirilən əməliyyat tədbirləri ilə əvvəllər məhkum olunmuş Rıza Soltanov və Zülfəli Yusifov saxlanılıb.
Rıza Soltanov – Saxlanılan şəxs: “Zülfəli ilə birgə metal yığa-yığa gedib Qobuya çıxdıq. Yolda 6 ədəd kanalizasiya qapağı gördük. Götürüb gətirdik Binəqədidə satdıq. 60, 70 manat pul idi, aramızda böldük. Peşmanam, bu yaşıma kimi belə iş tutmamışdım. Allah şeytana lənət eləsin”.
Zülfəli Yusifov – Saxlanılan şəxs: “Maşın götürdük, 1, 2 gün sürdük, sonra Qobuya getdik. Oradan da kanalizasiya qapaqlarını götürüb Binəqədiyə gətirdik, metal qəbulu yerində satdıq”.
Faktala bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.