​“Bu üzdənirağı siz də tanıyın...” - Səidə Sultandan ağır sözlər

Baxış sayı:
8323

Müğənni Səidə Sultan sosial şəbəkədə onun ünvanına təhqir yazan izləyicisi ilə qalmaqal yaşayıb.
Muxalifet.az-ın teleqraf.com-a istinadən məlumatına görə, ifaçı ona neqativ şərh yazan izləyicinin səhifəsini instaqramda paylaşaraq, bu sözləri qeyd edib: “Bu gördüyünüz üzdənirağı siz də tanıyın. Deyəsən, anası ilə çox kişi məclislərində olmuşuq. Kiminsə balasını bilib-bilmədən danışdığınıza, yazdığınıza görə, Allahdan qorxun! Allahıma çox şükür ki, mən özümü tanıyıram, qanım xarab deyil. Qanı xarab sənsən ki, adını kişi qoyub, fahişə-fahişə yazılar yazırsan. Kişi nədir, xala kimi şərh yazdı nədir? Di indi get. Mənə dil uzadırsan? Qoy indi atan, qohum-əqrabən, arvadın, ya bacın, balaların görsün ki, nə qədər keyfiyyətsiz qohumu var”.
Qeyd edək ki, Səidə Sultan bu statusu görə sosial şəbəkədə qınaq obyekti olub.