​Bu təşkilat Yaxın Şərq üçün təhdiddir - TRAMP

Baxış sayı:
1488

ABŞ-ın müttəfiqləri Hizbullahı terrorçu təşkilat kimi tanımalıdır.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiya ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun antiiran siyasəti ilə bağlı yaydığı bəyanatında yer alıb.
O, Hizbullahın Yaxın Şərq üçün təhdid olduğunu bildirib.
Qeyd edək ki, Hizbullah indiyə qədər ABŞ, İsrail, Kanada, Misir, Britaniya, Ərəb Ölkələri Liqası, Fars körfəzinin bəzi ölkələri və Avstraliya tərəfindən terror təşkilatı kimi tanınıb.