Bu şəxslər Rusiyadan deportasiya ediləcək

Rusiya Federasiya Şurası əcnəbi vətəndaşların arzuedilməyən davranışlar səbəbiylə ölkədən deportasiya edilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.
 
Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
“Arzuedilməyən davranışlar” dedikdə, Rusiya milli təhlükəsizliyinə xələl gətirəcək addımların nəzərdə tutulduğu bildirilib.
Milli və dini zəmində qarşıdurmaya cəhd göstərmək, Rusiyada seçki prosesinə potensial müdaxilələr, ölkədəki təhsil ocaqlarının və gənclərin xarici təsirlərə məruz qalması da arzuedilməyən davranış elan ediləcək.