Bu şəxslərə də diplomatik pasport veriləcək – Fərman

Baxış sayı:
8608

Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru və onun müavini, İcraçı direktorun müşaviri, köməkçisi, İcraçı direktorun ofisinin, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdiriyyət, departament, şöbə) rəhbərləri və onların müavinlərinə də diplomatik pasport veriləcək.