​Bu stansiyada təmir işləri ilin sonuna yekunlaşır

Baxış sayı:
7441

Bakı Metropoliteninin “Bakmil” stansiyasında təmirin bu ilin sonu, gələn ilin əvvəlinədək yekunlaşdırılması planlaşdırılır.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov azərtac -a açıqlamasında deyib.
O bildirib ki, “Bakmil” metro stansiyası Bakı metropoliteninin yeganə yerüstü stansiyasıdır. Açıq tipli stansiya olduğu üçün hava şəraiti dəyişən zaman sərnişinlər üçün müəyyən çətinliklər yaranırdı. Təmir zamanı bu stansiyada xüsusi çətirlərin quraşdırılması işləri həyata keçirilir ki, bu da sərnişinlərin çətinliklərini aradan qaldıracaq. “Bakmil” metro stansiyasının dəmir-magistral yolları, platforması, xidməti otaqları, bütün infrastrukturu yeni, müasir qurğularla təchiz edilir. Təmir işləri zamanı stansiyanın fasadının, platformasının üzvi daşlarının dəyişdirilməsi işləri də görülüb. Hazırda stansiyada tamamlanma işləri həyata keçirilir.