Bu şəhərdə indi də aeroport və vağzal təxliyə edildi

Rusiyanın Nijni Novqorod şəhərində anonim zənglər səbəbindən hava limanı təxliyə edilib.
Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, hava limanına bomba qoyulması barədə zəng olunduqdan sonra hava limanında təxliyə işlər aparılıb.
Bundan başqa, analoji zəng Nijni Novqorod vağzalına da daxil olub. Burada da vağzal təxliyə edildikdən sonra axtarış işləri aparılıb.
Qeyd edək ki, bu gün səhər saatların bu şəhərdə 11 məktəb və inzibati bina təxliyə edilmişdi.