Bu rəqəm ildən-ilə artacaq - Matviyenko

Baxış sayı:
8872

Bizim əməkdaşlığımızın yaxşı ab-havasının əlaməti odur ki, Rusiyadan Azərbaycana gələn turistlərin axını əhəmiyyətli dərəcədə artıb. Ötən il 800 min rusiyalı gəlib. Düşünürəm ki, bu rəqəm ildən-ilə artacaq.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Prezident İlham Əliyevlə görüşündə bildirib.
Matviyenko Azərbaycanda rus dilinə olan münasibətlə bağlı bildirib:
"Rus dilinə, mədəniyyətinə olan münasibətə, Azərbaycanda rus dilinin qorunub saxlanmasına yaradılan şəraitə görə Sizə dərin təşəkkürümü bildirirəm".
Valentina Matviyenko iki ölkə arasında humanitar, mədəni, informasiya, təhsil sahələrində əlaqələrin uğurla inkişaf etdiyini, tələbə mübadiləsi proqramının reallışdırıldığını vurğulayıb. Ölkəmizdə Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinin önəminə toxunub. Qonaq ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük töhfə verdiyini qeyd edərək deyib:
"Humanitar əməkdaşlığın inkişafına Azərbaycanın Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanımın töhfəsini biz çox yüksək qiymətləndiririk".