​Bu rayonlar qazsız qaldı

Baxış sayı:
5476

Bu gün paytaxtın Sabunçu və Yasamal rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılır.
"Azəriqaz" İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Bünyadov, Ş.Kamilov küçələrində orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə bağlı saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb.
Orta təzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar isə saat 10:00-dan təmir işləri başa çatanadək Yasamal rayonu, Mətbuat və N.Nərimanov prospetləri, Şərifzadə, H.Cavid küçələri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələri və Fövqəladə Hallar, Vergilər, Ekologiya və təbii sərvətlər, Ədliyyə nazirlikləri, Gömrük komitəsi yerləşən ərazilərdə qaz təchizatı dayandırılıb.