​Bu qurum 2 ildir satılmayan əmlakını hərraca çıxardı - Ucuz

Baxış sayı:
2149

Dəfələrlə hərraca çıxarılmasına baxmayaraq, hələ də özəlləşdirilməyən "Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin əmlakı növbəti dəfə auksiona təqdim edilib.
Muxalifet.az xəbər verir ki, ləğv prosesində olan qurumun əmlakı iki ildən artıqdır hərraca çıxarılsa da, alıcı tapılmır.
Bu səbəbdən 9 oktyabr tarixində Əmlak Məsələləri Dövlət Komitəsi bu qurumun satılmayan əmlakı üçün yeni hərrac təşkil edib.
Ləğv prosesində olan “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi satışa Nardaran sahəsinin əmlak kompleksini və Hacıqabul sahəsinin əmlak kompleksinı çıxarıb. Əmlaklar üçün 60 və 50 min manat ilkin start qiyməti müəyyən edilib.
Dəfələrlə hərraca çıxarılıb satılmadığı üçün əmlakların qiyməti dəyərindən aşağı salınıb.