Bu qadınların 71 faizi insan alverinin qurbanına çevrilir

Baxış sayı:
8893

BMT Baş Assambleyasının prezidenti Maria Fernanda Espinosa təşkilatın Nyu-Yorkdakı baş qərargahında keçirilən ilin ilk dayanıqlı inkişaf problemlərinə həsr olunmuş toplantısında bildirib ki, miqrant qadınların 71 faizi insan alverinin qurbanına çevrilir. Onun sözlərinə görə, dövlətlər və beynəlxalq təşkilatlar əsasın Avropa ölkələrinə axın edən bu insanların potensial imkanlarından səmərəli istifadə etməklə onların cəmiyyətlərə faydalı olmasını təmin edə bilərlər.

M.F.Espinosa əlavə edib ki, hazırda miqrantların 85 faizi yerləşdikləri ölkələrdə əmək fəaliyyətinə cəlb olunub və bu, onların həmin dövlətlərə faydalı olacağının göstəricisidir. O vurğulayıb ki, hökumətlərin miqrasiya prosesini birgə səylərlə tənzimləməsi və bu kateqoriyadan olan uşaqların təhsilə cəlb olunması dünyada yoxsulluğun azalmasına, cinayətkarlığın və münaqişələrin qarşısının alınmasına kömək edəcək.

BMT-nin dayanıqlı inkişaf hədəfləri üzrə əsas müzakirələr cari ilin sentyabrında Baş Assambleyanın növbəti sessiyasında dövlət və hökumət başçılarının iştirakı ilə aparılacaq.