​Bu partiya namizədini niyə geri çəkib? - Boykot, yoxsa...

Baxış sayı:
6670

Partiyamızın 23 iyun seçkilərində iştirak etməmək qərarı boykot çağırışı deyil, siyasi mövqedir.
Muxalifet.az xəbər verir ki, bu sözlər Türkiyə Kommunist Partiyasının açıqlamasında öz əksini tapıb. Məlumatda bu qərarın boykot çağırışı kimi qiymətləndirilməsinin doğru olmadığı bildirilib:
“Partiyamız Türkiyənin əməkdar insanlarının bu siyasi mövqeyə 24 iyundan etibarən daha çox ehtiyac duyacağı düşüncəsi ilə hərəkət edir”.
Qeyd edək ki, 31 mart İstanbul bələdiyyə seçkilərinin nəticələri ləğv edildikdən sonra TKP namizədi Zəhra Günər Karaoğlu 23 iyunda təkrar seçkilərdə iştirak etməyəcəyini açıqlamışdı.