Bu ölkənin gəmisi 30-a yaxın miqrantı xilas etdi

Baxış sayı:
4729

İtaliyanın “Mediterranea Saving Humans” qeyri-hökumət təşkilatına (QHT) məxsus “Mare Jonio” gəmisi Liviya sahillərindən 40 mil aralıda təhlükə ilə üzləşən qayıqdan 29 miqrantı xilas edib.
Muxalifet.az xəbər verir ki, bu barədə QHT-nin Tvitter hesabında məlumat yayılıb.
Miqrantlar arasında bir azyaşlı uşağın və üç qadının olduğu qeyd edilib. Qadınlardan biri hamilə olub.