Bu ölkədə prezidentin korteji yenə qəzaya uğradı

Baxış sayı:
12859

Moldova Prezidenti İqor Dodonun kortejindəki avtomobillərdən biri yol-nəqliyyat hadisəsi ilə üzləşib.
Muxalifet.az xəbər verir ki, hadisə xidməti səfər zamanı baş verib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, qarşıdan gələn avtomobilin sürücüsü ötüb-keçmə əməliyyatı zamanı yolun sürüşkən olduğunu yaddan çıxarıb.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb. Polis təhqiqat aparır.
Qeyd edək ki, Moldova prezidentinin kortejində bundan əvvəl də qəza baş verib. 2018-ci il sentyabrın 9-da İqor Dodonun getdiyi “Mersedes” onun yoluna çıxan yük maşınına dəyərək aşıb. Qəza nəticəsində üç nəfər yüngül xəsarət alıb.