​Bu ölkədə milyon yarım suriyalı qaçqın var - BMT nümayəndəsi

Baxış sayı:
7678

Livanda 1,5 milyona yaxın suriyalı qaçqın yaşayır.
Muxalifet.az xəbər verir ki, bunu BMT-nin Livandakı humanitar missiyasının nümayəndəsi Filip Lazzari deyib.
“Məlumdur ki, qaçqınların qeydiyyatı 2014-cü ilin sonlarında başa çatdırılıb. Həmin məlumata əsasən Livanda 950 mindən çox qaçqın var. Lakin onların real sayı 1,5 milyona yaxındır”, - deyə Lazzari bildirib.
O, Suriyada kütləvi axının da olmadığını əlavə edib.