Bu ölkədə gecə reysləri ləğv edilir - Səbəb

Baxış sayı:
31558

Budapeştin Bələdiyyə Şurası ətraf rayonların əhalisinin məruz qaldığı səs-küyü azaltmaq məqsədilə gecə yarısından səhər saat 5-dək Ferents List adına Budapeşt Beynəlxalq Aeroportuna bütün hava daşımalarını qadağan etmək təklifini irəli sürüb.
Muxalifet.az xəbər verir ki, bu məlumatı Macarıstan paytaxtının meri İştvan Tarloş verib.
Üzərində təyyarələrin enmə və qalxma əməliyyatlarını yerinə yetirdikləri Zuqlo rayonunun sakinləri yuxusuzluq və səs-küydən şikayət ediblər. Problem erkən bahardan payızın sonunadək davam edən turizm mövsümündə daha da dərinləşir. Təyyarələr hər iki-üç dəqiqədə bir onların evlərinin damının üzərindən uçur.
Macarıstanda hava hərəkətinin idarə edilməsinə cavabdeh olan “HungaroContorol” şirkəti ötən ilin yayında aeroporta enən və qalxan təyyarələrin uçuş marşrutlarında düzəlişlər edib. Lakin şikayətlərin ardı-arası kəsilməyib.
Hazırda gündəlikdə gecə vaxtı hava daşımalarının qadağan olunması məsələsi durur.