​Bu ölkədə duzlu məhsullara vergi tətbiq edilir

Baxış sayı:
5692

Portuqaliya duzlu məhsullara vergi tətbiq edir.
Xarici KİV-lər xəbər verir ki, duzlu ərzaq məhsulları üçün tətbiq edilən vergi əhalinin sağlamlığı ilə bağlı xərclərin ödənilməsi məqsədini daşıyır. Vergi qanununda edilmiş yeniliyə əsasən, 100 qram məhsulun tərkibində 1 qram və ya daha artıq duz olduqda həmin məhsulun hər kiloqramı üçün 0,8 avro məbləğində vergi tutulacaq.
Yeni vergi ilə bağlı təklif ölkə parlamentinə 2018-ci il üzrə büdcə çərçivəsində təqdim olunub.