Bu ölkə YPG-yə qatılan terrorçuların pasportlarına əl qoydu

Baxış sayı:
5134

İtaliyadan YPG terror təşkilatına qoşulandan sonra ölkələrinə geri dönən terrorçulara pis xəbər gəldi.
 
İtaliyada Torino Prokurorluğu Suriyada terror təşkilatı YPG sıralarında döyüşən 5 adam haqqında 'ictimai təhlükəli' iddiasıyla 'xüsusi nəzarət' tələb edib.
Torino dövlət prokuroru Emanuela Pedrottanın cəmiyyət üçün təhlükəli ola biləcəklərini söylədiyi və bu səbəblə 'xüsusi nəzarətdə” olmalarını istədiyi YPG-li terrorçular Paolo Andolina, Jacopo Bindi, Davide Grasso, Fabrizio Maniero və Maria Edgarda Marcucci haqqındakı qərarı yaxında çıxacaq.
Torino Prokurorluğunun qərarının Suriyadan dönən 5 adamın pasport və digər sənədlərinə əl qoyulması, təhlükəsizlik orqanlarına müəyyən fasilələrlə imza vermələri, bəzi kəslərlə danışıqlarının və müəyyən yerlərə girişlərinin qadağan edilməsini ehtiva etdiyi bildirilir.
Prokuror Pedrotta Suriyada döyüşən İtalyan vətəndaşlarının yaxşı dərəcədə silahdan istifadəni bacardıqları və yenidən əllərinə silah alma ehtimalları ola biləcəyi səbəbiylə 'ictimai təhlükə' yarada biləcəyini nəzərdə tutur.
Müxalifət.az