​Bu ölkə ərəblərə silah satışını dayandırdı

Baxış sayı:
2045

Norveç Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah ixracatını dayandırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Norveç Xarici İşlər Nazirliyi yayıb. Nazirlik silah satışının dayandırılmasına əsas səbəbin Yəmən böhranı adı ilə ölkənin blokadaya alınmasını göstərib. Rəsmi Oslo bu barədə qərarın 19 dekabrda verildiyini, rəsmi açıqlamanın bu gün elan edildiyini bildirib.