​Bu ölkə qırıcılarını yenidən İŞİD-ə qarşı göndərdi

Baxış sayı:
2399

Hollandiya F-16 qırıcılarını İŞİD-lə mübarizə aparmaq üçün yenidən beynəlxalq koalisiyanın tərkibinə göndərəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Hollandiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təyyarələr yanvarın 3-də Volken hərbi bazasından qalxacaq. 4 əsas və 2 ehtiyat qırıcı İordaniyada yerləşəcək.
Qeyd edək ki, Hollandiya qırıcıları 2014-2016-cı illərdə beynəlxalq koalisiyanın tərkibində İŞİD-ə qarşı mübarizədə iştirak edib.