​Bu ölkə narkoticarət mərkəzinə çevrilir

Baxış sayı:
6340

Myanmada baş verən hərbi siyasi qarşıdurmalar ölkənin şimal şərqində yerləşən Şan əyalətini “Kristal metafetamin mərkəzinə” çevirib.
Muxalifet.az xəbər verir ki, bu fikirlər Beynəlxalq Böhran Qrupunun hesabatında yer alıb. Beynəlxalq təşkilat bu problemin aradan qaldırılması ilə bağlı məsələyə ölkənin yüksək hərbi siyasi qurumlarının və parlamentin rəhbərlik etməsinin vacibliyini bildirib.
Beynəlxalq Böhran Qrupunun hesabatına görə, ölkədəki xaosdan istifadə edən müəyyən qruplar Şan əyalətini narkotik maddələrin istehsalı mərkəzinə çevirib. Qeyd edilib ki, hökumət cinayətkarlığa və narkotik ticarətinə qarşı mübarizəni gücləndirməlidir. Bölgədə narkotik ticarət gücləndikcə silahlı qarşıdurmanın qarşısını almaq mümkün olmayacaq.