​Bu ölkə milli kriptovalyutasını buraxdı – “PETRO”

Baxış sayı:
3659

Venesuela “Petro” adlı 100 milyon milli kriptovalyuta buraxıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro danışıb.
Prezidentin sözlərinə görə, hər “Petro”nun dəyəri Venesuela neftinin bir barrelinin qiymətinə bərabər olacaq.
Qeyd edək ki, bir qədər əvvəl Venesuelada kriptovalyuta ilə bağlı idarə yaradılmışdı.