​Bu ölkə də Fələstində səfirlik açır

Baxış sayı:
3647

İordan çayının qərb sahilindəki Rəmallah şəhərində səfirlik açacağıq.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Küveyt Xarici İşlər nazirinin müavini Şeyx Nasir Məhəmməd əs-Sabah söyləyib. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Fələstin rəhbərliyi ilə danışıqlar aparılır.
Qeyd edək ki, Fələstində hazırda 50 dövlətin səfirliyi var. Onların bir hissəsi İordan çayının qərb sahilində, digərləri isə Qəzzada yerləşir.