​Bu ölkə Bakıya reysləri işə salır

Baxış sayı:
6685

Omanın "SalamAir" büdcə aviaşirkəti iyunun 14-dən başlayaraq yay uçuş cədvəli çərçivəsində Maskat-Bakı reyslərini işə salacaq.
Trend-in məlumatına görə, uçuşlar sentyabrın 5-dək həftədə iki dəfə həyata keçiriləcək.
Qeyd olunur ki, Maskatdan təyyarə çərşənbə axşamı və cümə axşamı günləri saat 23:05-də, Bakıdan çərşənbə və cümə günləri saat 03:20-də yola düşəcək.