​Bu il Breksit ilə bağlı nələr gözlənilir?

Baxış sayı:
2178

2017-ci ildə Breksit gedişatında baş verən bütün hadisələr qeyri-müəyyən idi və qabaqcadan proqnozlaşdırmaq mümkün deyildi. 2018-ci ildə politoloqlar prosesin daha sistematik işləyəcəyini düşünürlər.
Muxalifət.az xəbər verir ki, 2018-ci ildə Breksit prosesində gözlənilən ilk addım Avropa İttifaqı (Aİ) və Birləşmiş Krallıq arasında, ikincinin çıxarılmasına dair rəsmi raport verilməsi və hüquqi müqavilənin imzalanmasıdır. Bu müqavilədə İrlandiya sərhədinin tənzimlənməsindən başqa bütün detalların öz əksini tapacağı gözlənilir. Yanvar ayının sonunda Breksitdən sonrakı keçid dövrünün təyin edilməsi rəsmi müzakirələrdə öz əksini tapacaq. Lakin keçid dövrünün xüsusilə biznesmenlər üçün kifayət olmayacağı düşünülür, çünki yeni dünyaya hazırlaşmaq bir o qədər də asan görünmür.
Fevral ayının əvvəllərində Baş nazir Tereza Meyin Breksit ilə bağlı genişmiqyaslı çıxışı gözlənilir. Ticarət və təhlükəsizlik məsələləri haqqındakı danışıqlar aprel ayından tez başlamayacaq.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə oktyabr ayına qədər bütün məsələlərdə artıq razılıq müqaviləsinin əldə edilməsində israrlıdır. Çünki 2019-cu ilin mart ayına qədər (Britaniyanın rəsmi olaraq Aİ-dən ayrılacağı vaxt) müqavilənin yenidən gözdən keçirilməsi üçün vaxt lazım olacaq.
2018-ci ildə Breksit Birləşmiş Krallıqdan böyük miqdarda siyasi iradə və enerji tələb edəcək.