​Bu il Antalyaya ən çox hansı ölkələrdən səfər edilib?

Baxış sayı:
6565

Dünyada turizm şəhəri kimi tanınan Türkiyənin Antalya şəhəri may ayında 174 ölkədən 702 min 296 turist qəbul edib. Onlardan cəmi 249 min 757-si yerli turist olub.
Muxalifet.az  xəbər verir ki, bu barədə məlumatı Antalya Mədəniyyət və Turizm İdarəsi yayıb. Məlumata görə, bu il Antalyaya ən çox Rusiyadan turist gəlib.
Bu ilin ilk 5 ayında turistlərin sayında 19 faiz artım qeydə alınıb. Yanvar–may aylarında Antalya 3 milyon 139 min 785 xarici turist qəbul edib. Ən çox turist isə Rusiyadan gəlib. Belə ki, bu ilin ilk 5 ayında Rusiyadan 1 milyon 249 min 757 turist gəlib. Rusiyadan sonra isə 617 min 354 turistlə Almaniya ikinci sıradadır. Üçüncü sırada 192 min 267 turistlə İngiltərə yer alıb.