​Bu il 3127 abituriyent 600-dən çox bal toplayıb

Baxış sayı:
1477

2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının ilkin nəticələri məlumdur.
Muxalifet.azTəhsil Nazirliyinin məlumatına əsasən bildirir ki, statistik təhlilə görə, son beş ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 20,8 faiz artıb. Eyni zamanda, son beş tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin imtahan ballarında xeyli artım olub. Bu dövrdə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayında da ciddi artım müşahidə edilib. Belə ki, ötən il müsabiqə şərtlərini ödəyən və tələbə statusunu qazanmaq hüququ olan abituriyentlərin (imtahanlarda 200 baldan artıq nəticə göstərənlər) sayı 35.790 nəfər olduğu halda, cari ildə bu göstərici 6,7 faiz artaraq 38.201 nəfər təşkil edib.
Qeyd edək ki, cari ildə keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticəsinə əsasən, I-V ixtisas qrupları üzrə 40.806 abituriyent tələbə adını qazanıb.
Bununla yanaşı, son beş ildə I-IV ixtisas qruplarının hər biri üzrə və bütövlükdə tələbə qəbulunun keyfiyyət göstəricilərində (keyfiyyət qöstəricisi qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına görə müəyyənləşdirilir) də nəzərə çarpacaq dərəcədə artım (18,2 faiz) müşahidə olunur .